Məhsul
Acadix: Azərbaycan üçün tədrisi idarə edən bulud platforması
Təlim mərkəzləri və akademiyalar üçün bir platforma; məktəblər və universitetlər üçün məhsullar hazırlanır. Hər müəssisənin öz ünvanı var, məlumatları isə başqalarından ayrı saxlanılır.
Acadix nədir
Acadix DEVX-in məhsuludur: Azərbaycan üçün hazırlanmış, tədrisi idarə edən bulud platforması. Bir quraşdırma çox müəssisəyə xidmət edir. Hər müştərinin öz ünvanı — app.acadix.az/sizin-merkez — və təcrid olunmuş məlumatları var. Quraşdırma lazım deyil, interfeys Azərbaycan dilindədir, telefonda da işləyir.
Təlim mərkəzləri üçün
Acadix Center təlim mərkəzinin gündəlik işini aparır:
Şagirdlər, valideynlər və qruplar bir yerdə.
Cədvəl: otaqlar, köçürülmüş və əvəz dərsləri, bayram günləri.
Davamiyyət və hər müəllimin öz kabineti.
Dərs paketləri üzrə ödənişlər, endirimlər və borclular siyahısı.
Müəllim payı və müəllimlərlə hesablaşmalar.
Valideynin onlayn təsdiqlədiyi müqavilələr.
Valideyn kabineti.
Hesabatlar: aylıq, borclular, daimi şagirdlər, Excel-ə ixrac.
Akademiyalar üçün
Acadix Academy Center-in bütün imkanlarına tədris hissəsini əlavə edir: proqramlar və səviyyələr (A1-dən C1-ə), tədris dövrləri, qiymət jurnalı və imtahanlar, şagird kabineti. Material və ev tapşırıqları olan LMS əlavə modul kimi qoşulur.
Universitetlər və məktəblər üçün — hazırlanır
- Hazırlanır
Acadix University (hazırlanır): dekanlıq, müəllimlər və tələbələr bir sistemdə. Fakültələr, kafedralar və şəxsi işlər; hər fənn üzrə materialları, tapşırıqları və testləri olan kurs; davamiyyət; 100 ballıq sxemlə qiymət jurnalı, təkrar imtahanlar və transkript; tələbələrə bildirişlər.
- Hazırlanır
Acadix School (hazırlanır): siniflər və şəxsi işlər, dərs cədvəli və əvəzetmələr, davamiyyət, elektron jurnal və valideyn kabineti.
Acadix University və Acadix School hələ qoşulma üçün açıq deyil. Demonu sorğu əsasında göstəririk.
Modullar və məlumat
Hər məhsul hazır modul dəstidir. Əlavə modulları konkret müştəri üçün qoşmaq və ya söndürmək olur. Modul söndürüləndə məlumat silinmir: yenidən qoşulanda hər şey yerinə qayıdır.
Müştərilərin məlumatları bir-birinə qarışmır. Giriş rollara görədir, Acadix dəstəyi müştərinin kabinetinə daxil olanda isə bu, jurnala yazılır.
Acadix-i canlı görün
Qoşulma müraciətlə başlayır: Acadix komandası demo göstərir və hesabınızı yaradır.
- E-poçt
- contact@devx.az
- Telefon
- (+994) 77 318 62 92
- Ünvan
- C. Cabbarlı küç. 44, Caspian Plaza, Bakı, AZ1065